39 yaşlı qadın dəm qazından boğularaq ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə