Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub.

SİA-nın məlumatına görə, hadisə bu gün saat 07:25-də Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı xəttində qeydə alınıb.

Hadisə təxminən səhər saat 07:40 radələrində Abşeron rayon ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində piyada ölüb.

Maşinist hadisə ilə bağlı sərnişinləri məlumatlandıraraq bildirib ki, hadisəyə görə qatarın hərəkəti yubanacaq. Hazırda hadisə baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə