Yevlaxda azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb

Yevlaxda azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Xatırladaq ki, bu maddədə cəza tədbiri kimi xəbərdarlıq və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə