Piyadanı vurub qaçan sürücü saxlanılıb

Sumqayıtda avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 5-i saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Volvo” markalı yük avtomobili ilə törədilməsi müəyyən olunub.

Daha sonra həmin avtomobilin sürücüsü, Masallı rayon sakini Səməd Məlikov saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə