Almaniyada məktəbə gedən iki qız bıçaqlanıb

Almaniyanın Auqsburq şəhərinin İllerkirxberq qəsəbəsində məktəbə gedən iki qız bıçalı hücuma məruz qalıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iki qız uşağı məktəbə gedərkən bıçaqlanıb. Xəstəxanada yerləşdirilən qızların vəziyyəti ağırdır.

Polisin məlumatına görə, hadisənin törədildiyi yerə yaxın bir evə təşkil edilən basqın nəticəsində hücumu törədən ilə birlikdə üç nəfər saxlanılıb.

Hücumun nə üçün törədildiyinə dair məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə