Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, rayonda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.

Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə