Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə yolun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada, Ceyranbatan qəsəbəsi sakini 1982-ci il təvəllüdlü İbrahimova Ramilə Məhəmməd qızını "Honda" markalı avtomobil vurub.
40 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB