Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, Ceyranbatan qəsəbəsi sakini 1982-ci il təvəllüdlü İbrahimova Ramilə Məhəmməd qızını "Honda" markalı avtomobil vurub.

40 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə