23 yaşlı gənc evində bıçaqlanıb

Bakının Sabunçu rayonunda mübahisə zəminində 23 yaşlı gənc oğlan bıçaqlanıb. SİA-nın məlumatına görə, Balaxanı qəsəbəsində 1999-cu il təvəllüdlü Qarabəyli Ağabəy Mehman oğlu mübahisə zəminində yaşadığı evdə bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona ağ ciyər nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə