Qətlə yetirməkdə şübhəli bilinən şəxsin ittiham edildiyi maddə məlum olub

Beyləqan rayonunda bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub. SİA xəbər verir ki, onun barəsində Cinayət Məclləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda istintaq davam edir.

Xatırladaq ki, dekabrın 2-də F.Cəlilzadə qonşusu, 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə