Bir ailənin dörd üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub - PROKURORLUQ

Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə