Abşeron rayonunun Novxanı kəndində ev yanıb

Abşeron rayonunda ev yanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Novxanı kəndində ümumi sahəsi 170 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 18 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə