Azərbaycana zərgərlik məmulatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb- FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə SİA-ya DGK-dan məlumat verilib.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşına məxsus əşyalardan və şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1 506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

"Bu sahədə qanuni fəaliyyət göstərən şəxslər üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 5 aprel 2021-ci il qərarı ilə qızıl idxalı ilə əlaqədar gömrük ödənişlərinin məbləği azaldılıb. Lakin bəzi şəxslər bu fürsətdən yararlanmaq əvəzinə qaçaqmalçılıq yolu ilə qızılın ölkəyə gətirilməsinə cəhd edirlər. Həm qanuni sahibkarların, həm də dövlətin mənafeyinə ziyan vuran bu cür hərəkətlərin qarşısı qətiyyətlə alınacaq", - deyə Komitə bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə