Yanğının səbəbi hələ ki, məlum deyil

Dekabrın 1-nə keçən gecə Rusiyanın Penza vilayətinin Maloserdobinsk rayonundakı taxta baraklı yaşayış evində yanğın baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanğından sonra evdən yanaraq ölmüş qadın cəsədi tapılıb. Qadının əri isə təcili yardım maşınında dünyasını dəyişib.

Rusların region mediası 12 yaşlı qız və onun yeddi yaşlı qardaşının yaralandığını və hazırda hər ikisinin xəstəxanaya yerləşdirildiyini yazıb.

Ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olan faktla bağlı araşdırma aparılır. Yanğının səbəbi hələ ki, məlum deyil.

Yeri gəlmişkən, noyabrın 18-də Başqırdıstanda gecə saatlarında baş verən yanğında beş uşaqlı ailə ölmüşdü.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə