13 yaşlı yeniyetmə qızı avtomobil vurub

Ağcabədi rayonunda 13 yaşlı yeniyetmə qızı avtomobil vurub. SİA-nın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

2009- cu il təvəllüdlü Rəsulova Könül Kənan qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə