Xırdalanda restoran yanıb

Xırdalanda restoran yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 360 kv.m olan birmərtəbəli restoranın mətbəxinin lambirdən ibarət tavanı 20 kv.m sahədə və bacasında yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə