Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. SİA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Tarayev Nihad Şahzadə oğlu yaşadığı küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB