Bu həftə Almaniya tarixində böyük muzeylərdən qızıl sikkələrin və zinət əşyalarının oğurlanması üçüncü həftəsi oldu.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Mançinqdəki Kelt-Roma Muzeyindən oğurluq edənlər Kelt qızıl xəzinəsini aparıblar.

483 qızıl sikkədən ibarət olan bu dəfinə 1999-cu ildə Mançinq yaxınlığında tapılıb və eramızdan əvvəl 100-cü ilə aiddir. Kəşf 20-ci əsrdə kəşf edilmiş ən böyük Kelt qızıl dəfinəsinə çevrilmişdi.

Qızıl sikkələri oğurlayanlar bütün ərazidəki elektrik enerjisini kəsiblər.

Maraqlıdır ki, bundan şübhələnən yerli polis dərhal banklara getsə də, amma sonradan oğruların hədəfində muzey olduğu üzə çıxıb.

Xatırladaq ki, Almaniyada qədim pulların daha iki səs-küylü oğurluğu Berlindəki Bode muzeyindən “Böyük ağcaqayın yarpağı” sikkəsinin oğurlanması və Drezdendəki “Yaşıl sərvət” xəzinəsinin qarət edilməsi olmuşdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə