Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə 28 May və Puşkin küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Məmmədov Vəhab Nəbi oğlu yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçib.

Bu zaman onu minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərə görə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə