Arvadına əsəbləşən 4 nəfəri vurub öldürüb

Krasnodar diyarının Krımsk şəhərində atışma nəticəsində 4 nəfər həlak olub.

Polis atəş açan şəxsin ölənlər arasında olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, silahlı şəxs yerli sakin Vladimir Jirovdur. O, keçmiş həyat yoldaşı ilə mübahisə etdikdən sonra atışma təşkil edib. İlkin məlumatlara görə, Jirov məhkəməni keçmiş həyat yoldaşı və oğluna uduzub, daha sonra həyat yoldaşı ilə mübahisə edib. Guya o, həyat yoldaşının boşanmadan bir az əvvəl aldığı mənzili geri qaytarmaq istəyib.

Münaqişənin əvvəlcə küçədə baş verdiyi deyilir. Daha sonra Jirov həyat yoldaşı ilə ticarət mərkəzinə gedib və orada mübahisəni davam etdiriblər. Ziyarətçilərdən biri arvadının müdafiəsinə qalxdı. Buna cavab olaraq Jirov silahı çıxararaq atəş açmağa başlayıb.

Digər məlumatlara görə, Jirov tibb məntəqəsində atəş açmağa başlayıb. Orada iki əməkdaşı öldürüb, sonra küçəyə çıxıb, yoldan keçən bir nəfəri güllələyib, digərini isə çiynindən yaralayıb, sonra isə özünə atəş açıb.

İstintaq Komitəsi 3 yerli sakini qətlə yetirmək və bir nəfəri öldürməyə cəhd faktları üzrə cinayət işi açıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə