Türkiyənin Kayseri bölgəsində iki qrup arasında bıçaqlı dava baş verib. Biri ağır olmaqla iki nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. İki qrup arasında naməlum səbəbdən mübahisə yaranıb. Qısa müddətdə böyüyən mübahisə bıçaqlı davaya çevrilib. Dava zamanı Erhan B. və Emre A. bıçaqla yaralanıb. Xəbərdarlığın ardından hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Hadisə yerinə gələn xilasedicilər yaralıları xəstəxanalara çatdırıblar. Erhan B.-nin vəziyyətinin ağır olduğu öyrənilərkən, şübhəli Mehmet D. polis qrupları tərəfindən nəzarətə alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB