Rusiyada beşmərtəbəli yaşayış binasında partlayış olub

Rusiyada beşmərtəbəli yaşayış binasında partlayış olub

Rusiyanın Saxalin adasında beşmərtəbəli yaşayış binasında baş verən partlayışda 4-ü uşaq olmaqla 9 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Saxalin vilayətinin qubernatoru Valeri Limarenko açıqlama verib.
Məlumata görə, Saxalin adasının Timovskoye şəhərində 5 mərtəbəli binanın dördüncü mərtəbəsində güclü partlayış baş verib.
Ümumilikdə 33 sakinin yaşadığı binanın bir hissəsi partlayışın nəticəsində dağılıb.
Bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin dəstələri göndərilib.
Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində əməliyyatlar keçirilir.
Limarenko partlayışın qaz sızması səbəbindən baş vermə ehtimalını nəzərdən keçirdiklərini bildirib.
Rusiya İstintaq Komitəsi partlayışla bağlı araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə