Bakıda zoomağazadan 8 tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildiirlib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə ərazisindən “Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb. Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB