“EasyJet” şirkətinə məxsus təyyarə ilə Londona uçan şərnişin ...ölüb.
SİA rus saytlarına istinadən xəbər verir ki, təyyarə Kiprin Pafos adasından Londonun Qatvik hava limanına uçurmuş - təyyarənin göyərtəsində tətildən evə qayıdan turistlərin çox olduğu qeyd edilir. Sərnişinlərin diqqətini uçuş zamanı bərk yuxuya gedən və oyanmaq üçün zənglərə cavab verməyən kişi cəlb edib. Stüardessalar dərhal sərnişinə ilkin tibbi yardım göstərməyə başlayıblar.
Ekipaj üzvləri defibrilatordan istifadə etməyə çalışsalar da, nəticəsi olmayıb - adam ölüb. Təyyarənin kapitanı dinamik telefon vasitəsilə sərnişinləri insidentlə bağlı xəbərdar edib və onları vəziyyətə “ləyaqətlə” yanaşmağa çağırıb.
Qeyd edək ki, noyabrın əvvəlində Kolumbiyaya uçan amerikalı turist də sonradan ölü tapılmışdı. Amma o təyyarədə yox, yerli qızla görüşdə olarkən ölüb.
İstintaqın məlumatına görə, həmin şəxsə narkotik verildikdən sonra, qarət edilibmiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB