İki məktəbəqədər uşağı olan 39 yaşlı qadın Sankt-Peterburqdakı mənzillərdən birində ölü tapılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ölənlərdə zorakılıq əlamətləri yoxdur.
Hadisə Bolşaya Pudra küçəsində baş verib, rus qadının və onun uşaqlarının - altı yaşlı oğlu və iki yaşlı qızının ölüm səbəbi məlum deyil. Müstəntiqlərin fikrincə, dəm qazından zəhərlənmə də ölümə səbəb ola bilər.
Lakin mərhumun keçmiş əri səbəbin qazda olmadığını düşünür. O, ölümün səbəbini keçmiş arvadının bacısı tərəfindən ona məsləhət gördüyü homeopatiya (...zəhərli bitkidən hazırlanan k preparat-A.B.) olduğunu bildirir.
Bununla yanşı, keçmiş ər yayın əvvəlindən bəri arvadı ilə əlaqə saxlamadığını və onun həyatının təfərrüatlarını bilmədiyini deyib.
Bu arada Peterburqqaz təşkilatı bildirib ki, mərhumun mənzilində qaz 2019-cu ildən, ev sahibləri təmir işləri aparan vaxtdan kəsilib – o vaxtdan şirkət qoşulmaq üçün müraciət almayıb.
Hazırda faktla bağlı cinayət işi açılıb, müstəntiqlər şahidləri dindirir, baş verənlərin təfərrüatlarını öyrənirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB