Kran aşaraq iki nəfəri öldürüb

Kran aşaraq iki nəfəri öldürüb

Bu gün Rostov-na-Dondakı tikinti sahələrindən birində qüllə kranının aşması nəticəsində xəsarət alanlar olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər yayıb.

“Moskva vaxtı ilə saat 16:55-də tikinti meydançasında qüllə kranının yıxılması barədə məlumat daxil olub. Nəticədə iki nəfər (ilkin olaraq krançı və fəhlə) həlak olub”.

Verilən xəbərlərə görə, hazırda hadisə yerində araşdırmalar aparılır, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə