Avstriya millisinin sabiq futbolçusu intihar edib

Avstriya millisinin sabiq futbolçusu intihar edib

Avstriya millisinin sabiq hücumçusu Qerhard Rodaks qatarın təkərləri altında ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, 57 yaşlı sabiq oyunçu aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə çərşənbə günü səhər Avstriyanın Traiskirxen şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara görə, o, intihar edib.

Qeyd olunur ki, Rodax son vaxtlar ağır xəstə idi və bu, onu belə bir addıma sövq edə bilər. Evli olan Rodaksın iki uşağı var idi.

Xatırladaq ki, Rodaks "Admira Vaker", "Atletiko" və "Rapid"də oynayıb. O, Avstriya millisinin tərkibində 1990-cı il dünya çempionatında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə