Xırdalan şəhərində yol qəzası zamanı 18 yaşlı qız ağır xəsarət alıb. SİA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Xırdalan dairəsi ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Məmmədova Xumar İlqar qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB