Bakının Nizami rayonunda 26 yaşlı oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb. SİA-nın məlumatına görə, 1996-cı il təvəllüdlü İbrahimov İbrahim Rüstəm oğlu yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB