2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə iyunun 1-dən tələbə qəbulu elan edilib. Universitetdən SİA-ya bildirilib ki, sənədlər avqust ayının 10-na kimi (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.
Tələb olunan sənədlər:
-rektorun adına ərizə;
-diplom (yaxud diplomu əvəz edən arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
-3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
-sağlamlıq haqqında arayış.
Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB