"Azərbaycan diplomları bütün dünyada tanınacaq" EKSPERT AYDINLIQ GƏTİRDİ

“İlk növbədə qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə mütləq xüsusi yanaşma ilə təhsil instratuktru yaradılmalıdır. Bu bir neçə istiqamətdə vacibdir. Təbii ki, biz təhsil pillələri üzrə nəzərə almalıyıq ki, böyük qayıdışdan sonra orada yaşayacaq insanların təhsil hüququnun bərpası, təhsilin əlçatanlığı və təhlükəsizliyinin təmin edilməsi üçün təhsil instrafukturuna xüsusi yanaşma lazımdır. Hesab edirəm ki, ilkin olaraq biz həmin ərazilərə insanların kütləvi şəkildə köçünü təmin etməliyik. Həmçinin, xarici ölkələrdən də tələbələrin həmin istiqamətə yönləndirmək üçün işğal edilmiş ərazilərdə xüsusi əmək bazarında ehtiyac olan ixtisaslar və istiqamətlər üzrə ali təhsil müəssisələri açılmalıdır. Mən hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə ən azı 6 universitet olmalıdır. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli və digər indiki ərazilərdə hava limanı tikilir. Bu onu deməyə əsas verir ki, xarici ölkələrdən də tələbələrin rahatlıqla gələ biləcəyi universitetlər salmalıyıq. Məsələn, Şuşa və Qarabağ Dövlət Universitetinin olması mütləqdir. Birincisi bu ona görə həyata keçirilməlidir ki, həmin ərazilərdə dövlət və digər qurumlarda kadra olan ehtiyacın aradan qaldırılması üçün məhz həmin universitetlərin məzunları qısa müddət ərzində ərazinin kadra olan ehtiyyacını təmin etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, sovet dövründə həmin ərazilərdə ehtiyacdan dəfələrlə aşağı universitet var idi: “Həmçinin, tək universitet Xankəndində olub. Sonradan Şuşada yaradılması nəzərdə tutulsa da, həyata keçirilmədi. Ona görə də hesab edirəm ki, məhz Şuşa ərazisində humanitar və texniki universitet açılmalıdır. Sovetlər dönəmində həmin ərazidəki insanlar təhsil almaq üçün Bakıya uzaq idi və vaxtında gələ bilmirdilər. Bu da məhz həmin dövrdə dövlət orqanlarında azərbaycanlıların sayının az olmasından irəli gəlirdi. Digər millətlərin nümayəndələri daha çox təhsil almağa getdiyi üçün azərbaycanlılar bu yöndə zəif idi”.

Ekspert sözlərinə belə davam edib: “Mən hesab edirəm ki, qısa müddət ərzində həmin ərazilərdə Şuşa kollecinin fəaliyyətini təmin etməliyik. Həmçinin, Tibb kolleci də mütləq olmalıdır. Tibbi xidmətin təmin edilməsi üçün qısa müddət ərzində tibbi kadrlar hazırlanıb göndərilsin. Ümumiyyətlə, ali, orta ixtisas və peşa təhsilinə çox yer vermək lazımdır. Burada ciddi şəkildə gənc kadrlara ehtiyac var. Bu problem aradan qaldırılmalıdır. Digər tərəfdən insanların köçünü nəzərə alsaq, orta təhsil məktəblərinə ehtiyac var. Cənab Prezidentin ötən gün Şuşada 1 saylı orta məktəbin təməlini qoyması xoş başlanğıcdır. Bu məktəb növbəti orta təhsil məktəblərinin, uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin açılması üçün zəmin yaradır. Mən inanıram ki, daim Azərbaycanın əsas siyasətini təşkil edən humanitar, təhsil və insanların vəziyyətinin yaxşılaşdırılması təşkil edir. İntratuktur layihələrinin yaradılmasına baxanda görürük ki, təhsil müəssisələri ilk sırada dayanır. Deməli, dövlətin sosial siyasəti öz axarı ilə davam edir. Bu ərazilərdə ali təhsil müəssisələrinin sayının artması xaricdən gələn tələbələrin sayını artıracaq ki, onlar da öz ölkələrinə gedəndə Qarabağ və Şuşa adlı universitetlərin diplomları ilə tanınacaqlar. Bu da Azərbaycanın təbliği və Qarabağın tarixi Azərbaycan torpağı olması ilə bağlı vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə