Yanvarın 21-22-də Çexiyada “Ənənəvi və bərpa olunan enerji ehtiyatları: 21-ci əsrdə perspektivlər və paradiqmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. UNEC-dən SİA-ya bildirilib ki, universitetin “SABAH” Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva nüfuzlu beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib.
Beynəlxalq konfransın elmi komitəsində Azərbaycanla yanaşı, Çin Xalq Respublikası, Rusiya, Serbiya, Polşa, Ukrayna, Kolumbiya, Belarus və Moldovanın alimləri təmsil olunurlar.
Beynəlxalq konfransın materialları “Scopus” bazasında indeksləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB