Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubiley tədbirləri çərçivəsində onlayn “Karyera günləri” davam edir. UMEC-dən SİA-ya bildirilib ki, mayın 13-də saat 15:00-da “Veysəloğlu” şirkətlər qrupundan “Oba Retail” MMC-nin işə qəbul üzrə mütəxəssisi Fidan Quluzadə, saat 18:00-da isə “Azərsun Holdinq”dən departament direktoru Şəmsi Bayramzadə canlı yayımda olacaq.
Canlı yayım boyunca izləyicilər suallarını UNEC-in rəsmi “Facebook”, “Instagram” səhifələrinə, “YouTube” kanalına birbaşa ünvanlaya bilərlər.
Tədbirin moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB