Nazir müavini: “40-a qədər tibb işçisi müəyyən cəzalarla cəzalandırılıb, bununla yanaşı töhmət alan və işdən azad olunanlar var”
"Səhiyyə Nazirliyinin "Qaynar Xətt" xidmətinıə daxil olan müraciətlər fevralın 22-dən etibarən analiz olunur. Səhiyyə müəssisələrinin, respublikanın regionlarında, 14 rayonunda yerləşən tibb ocaqlarında nazirliyin nümayəndələri mütəmadi olaraq daxil olan müraciətləri analiz edir, şikayətləri yerində araşdırır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, bu şikayələrin 80%- i yerində həll olunur, həll olunmayan məsələlər isə nazirliyin müdaxiləsi ilə öz həllini tapır. Onun sözlərinə görə, bu müddət ərazində nazirliyin "Qaynar xətt"inə 1900 müraciət daxil olub və bunların hamısı araşdırılıb.
"Eyni zamanda, Respublika Prokurorluğunun Korrupsiya ilə Mübarizə İdarəsindən daxil olan məlumatlar da bir-bir analiz olunur, faktlar araşdırılır və müvafiq ölçülər götürülür. Bununla əlaqədar olaraq təxminən 40-a qədər tibb işçisi müəyyən cəzalarla cəzalandırılıb, töhmət alanlar və işdən azad olunanlar var. Şikayətlərin böyük əksəriyyəti dərman təchizatı, həkimlərin bəzi xəstələrə münasibəti ilə bağlı olur. Bu məsələlər yerində araşdırılır və çox zaman şikayətçilər öz şikayətini geri götürürlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB