“Magistr” jurnalının 3-cü sayı nəşr olunub

“Magistr” jurnalının 3-cü sayı nəşr olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən "Magistr" xüsusi buraxılışının 3-cü sayı nəşr edilib.

TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramlarını təqdim olunub. Hər bir bakalavr vəsaiti əldə etdikdən sonra "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu siyahı əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura istiqamətləri və ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Xatırladaq ki, magistraturaya ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında təqdim olunacaq.

2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları "Magistr" xüsusi buraxılışının 2011-ci il 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə