Bu il ADU-da daha 1 ixtisas və 2 beynəlxalq mərkəz açılacaq- Açıqlama

Bu il ADU-da daha 1 ixtisas və 2 beynəlxalq mərkəz açılacaq- Açıqlama
Bu il Azərbaycan Dillər Universitetində (ADU) 1 ixtisas və 2 beynəlxalq mərkəz açılacaq. Bu barədə SİA-ya açıqlamasında ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib. O bildirib ki, 2011-2012-ci il tədris ilində ADU-da Ərəbşünaslıq ixtisası, Çin və Yapon mərkəzləri təşkil olunacaq. Onun sözlərinə görə, universitetdə yeni yaradılan ixtisaslar onun beynəlxalq əlaqələr istiqamətində apardığı uğurlu fəaliyyətin göstəricisidir. Z.Kazımova qeyd edib ki, bunun nəticəsində tələbələr üçün əlavə imkanlar yaradılır.

"Ötən ilə nəzər salsaq görərik ki, 2010-2011-ci tədris ilində Azərbaycan Dillər Universtitetinin Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində iki yeni - Qafqazşünaslıq və Hindistanşünaslıq ixtisasları açılıb. 10 nəfər tələbə Qafqazşünaslıq, 10 nəfər tələbə isə Hindistanşünaslıq ixtisası üzrə Dillər Universitetində təhsil alırlar. Hindistanşünaslıq ixtisası ilk dəfə olaraq ADU-da bir ixtisas kimi açılıb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə