Məktəblilərin, xüsusilə də ibtidai sinif şagirdlərinin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan sənəd təsdiqlənib. Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Xezerxeber.az-ın məlumatına görə, sənədə əsasən məktəbədaxili qiymətləndirmə yenə də diaqnostik, formativ və summativ olmaqla üç formada aparılacaq. Əsas dəyişikliklər isə summativ qiymətləndirmələrlə bağlıdır. Belə ki, bundan sonra I sinifdə summativ qiymətləndirmə ümumiyyətlə aparılmayacaq. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, bu dəyişiklik ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılmasına xidmət edir. Dəyişiklik eyni zamanda şagirdlərin stresini azaldacaq.
Qeyd edək ki, sənədə əsasən summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları baxacaq. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayanlar isə Təhsil Nazirliyinə müraciət edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB