Xüsusi lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olanlar cərimələnib

Xüsusi lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olanlar cərimələnib

2010-cu il ərzində Vergilər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi və ya əczaçılıq fəaliyyətilə məşğul olma ilə əlaqədar inzibati məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq 88 şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

SİA-nın xəbərinə görə, həmin faktlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rəsmiləşdirilərək, İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsinə əsasən xüsusi razılıq (lisenziya) olmadan özəl tibb fəaliyyətlə məşğul olmağa görə cərimə sanksiyaları tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə