İndoneziya Respublikasının Milli Təhsil Nazirliyi xarici tələbələr üçün elan edilmiş Darmasiswa təqaüdü çərçivəsində 2011-2012-ci tədris ili üçün təhsil proqramlarını elan edir. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, təhsil proqramlarına İndoneziya dili və mədəniyyəti üzrə bir illik və İndoneziya dili üzrə altı aylıq proqramlar daxildir. Proqram çərçivəsində namizəd təhsil haqqından azad ediləcək, ona 1500.000.00 rupi məbləğində aylıq müavinət ödəniləcək. Beynəlxalq nəqliyyat xərcləri isə namizədin özü tərəfindən qarşılanmalıdır.
Təqaüd proqramı haqqında məlumatları http://darmasiswa.diknas.go.id/english/ internet ünvanından əldə etmək mümkündür. Proqramda iştirak etmək arzusunda olan namizədlər sənədlərini 15 yanvar 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsində (K.Məhərrəmova - 496 34 14-248) təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB