Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası partnyor təşkilatlarla birlikdə tütünün zərərləri haqqında ictimaiyyəti məlumatlandırmağa davam edir.
SİA-nın xəbərinə görə,10 dekabr tarixində saat 17:00-da Fransa Mədəniyyət Mərkəzində Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Azərbaycan Karikaturaçı Rəssamlar İttifaqı tərəfindən, Fransanın Azərbaycandakı Səfirliyi Fransa Mədəniyyət Mərkəzi və "Azerfon – Vodafone" mobil operatorunun dəstəyi ilə bir ay müddətində keçirilən "Tütünçəkmənin Zərərləri – Karikaturaçı Rəssamların Gözü ilə" mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcəkdir.
05 oktyabr- 05 noyabr tarixlərində keçirilmiş müsabiqədə Azərbaycandan və xarici ölkələrdən olan 50-dən çox rəssam iştirak etmiş və 100-dən artıq rəsm işi təqdim olunub. Peşəkar rəssamlar və səhiyyə mütəxəssislərindən ibarət olan münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunmuş və ictimaiyyətə təqdim olunmaq üçün ən yaxşı rəsmlər seçilib.
10 dekabr tarixində keçiriləcək tədbirdə Milli Məclisin üzvləri, Səhiyyə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, İdman və Gənclər Nazirliyinin, Rəssamlar İttifaqının, xarici səfirliklərin, beynəlxalq təşkilatların rəsmiləri və media nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB