Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil edilib. Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 238 nömrəli tam orta məktəbdə keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, intellektual oyunda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin komandası I, 312 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Zəngi liseyinin komandası isə II yeri tutub.
Qalib komandalar kubok, medal və diplomla təltif edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB