Magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb

Magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb

2017-ci ildə hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədər 2016-cı illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb. SİA-nın təhsil Nazirliyinin illik hesabatına əsasən veriyi xəbərə görə, ötən ildə magistratura pilləsinə qəbul olanların 3590 nəfərini (56.4 faiz) qızlar, 2771 nəfərini (43.6 faiz) isə oğlanlar təşkil edib. Ümumilikdə magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz yüksəlib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə