Bu il 41 360 müəlim diaqnostik qiymətləndirmədən keçib YEKUN

Bu il 41 360 müəlim diaqnostik qiymətləndirmədən keçib YEKUN

"2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. SİA bu barədə Təhsil Nazirliyinin hesabatına əsasən xəbər verir.

Hesabata əsasən, cari ildə ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub: "2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı müvafiq qaydada artırılıb. 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı isə 1 yanvar 2018-ci il tarixdən artırılacaq".

Məlumata əsasən, 2017-2018-ci dərs ili üçün müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş müsabiqədə iştirakı məqsədi ilə 49335 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib: "Onlardan 47000 nəfərin elektron ərizəsi təsdiq edilərək test imtahanına buraxılıb. Test imtahanında 40 min nəfər iştirak edib. Müsabiqənin 1-ci turunun nəticəsinə görə müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı 4454 nəfər, 2-ci turun nəticəsinə görə isə 1058 nəfər olub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə