ADU-nun professoru ABŞ-da beynəlxalq konfransda iştirak edəcək

ADU-nun professoru ABŞ-da beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Dillər Universitetinin (ADU) 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev Amerika Birləşmiş Ştatlarının nüfuzlu AACE – Təhsildə Kompüterin Tətbiqinin İnkişaf Etdirilməsi Assosiasyasının idarə heyətinin üzvü seçilib. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın SİA-ya verdiyi məlumata görə, bu münasibətlə professor Ə. Abdullayev təşkilatın 18-22 oktyabr tarixlərində ABŞ-ın Florida Ştatının Orlando şəhərində keçiriləcək illik beynəlxalq konfransına dəvət alıb.

Konfrans iştirakçıları "Ali təhsil sahəsində tədrisdə və idarəetmədə elektron vasitələrdən istifadə" mövzusunda müzakirələr aparacaq. Professor Ə. Abdullayev konfransda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, ADU-nun professoru keçmiş SSRİ ölkələrindən qurumun idarə heyətinə seçilən yeganə şəxsdir.

Bütün xəbərlər Facebook səhifəmizdə