Ali məktəbə qəbul olanların qeydiyyatı başa çatdı

Ali məktəbə qəbul olanların qeydiyyatı başa çatdı

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb. SİA-nın məlumatına görə, qeydiyyat bu gün saat 17:00‑də yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə