ARDNŞ qanvermə aksiyasını davam etdirir

ARDNŞ qanvermə aksiyasını davam etdirir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin "Balaxanıneft" Neft və qazçıxarma idarəsində, habelə Tamponaj və Layların neft veriminin artırılması idarəsində çalışan neftçilər talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə həyata keçirilən qanvermə aksiyasında iştirak ediblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiya Azərbaycan Respublikası Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə ARDNŞ-nin birgə hazırladığı qrafikə uyğun olaraq həyata keçirilib. Bu dəfə qanvermə aksiyasına qoşulan neftçilərdən 60 nəfəri "Azneft" İB-nin "Balaxanıneft" NQÇİ-nin, 20 nəfər isə Tamponaj və Layların neft veriminin artırılması idarəsində çalışan əməkçilərdir.

Xatırladaq ki, ARDNŞ "Savab Dünyası" Talassemiya Assosiayasının təşəbbüsünə qoşularaq talassemiyalı uşaqlara yardım məqsədilə keçiriləcək könüllü qanvermə kampaniyasına sentyabrın 6-dan start verib. Ötən il 6 ay ərzində keçirilən könüllü qanvermə kampaniyasına 3000-dən çox neftçi qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə