UNEC-də “Açıq qapı” 30-dan çox müraciət dinlənilib

UNEC-də “Açıq qapı” 30-dan çox müraciət dinlənilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yay imtahan sessiyası ilə bağlı keçirilən “Açıq qapı”da 30-dan çox müraciət dinlənilib. UNEC-dən SİA-ya verilən məlumata görə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov tələbələrin, valideynlərin və universitet əməkdaşlarının müraciətlərinin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verib.

Milli Məclisin deputatı Zahid Oruc görüşdən müsbət təəssürat aldığını vurğulayıb. O deyib: “UNEC-də həyata keçirilən yeniliklər qısa müddətdə onu beynəlxalq məkanda tanınmış təhsil ocağına çevirəcək. UNEC-in idarəetmə sistemi, məzunları Azərbaycanın gələcək iqtisadi, siyasi idarəetməsinə uğurla daxil olacaqlar”.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev UNEC-də ictimai nəzarət institutunun formalaşdığını diqqətə çatdırıb. “Açıq qapı” günündə müraciətlərə obyektiv yanaşıldığını vurğulayan B.Quliyev onların böyük əksəriyyətinin müsbət həll olunduğunu bildirib. O qeyd edib ki, Dövlət İqtisad Universitetində həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər cəmiyyətdə artıq “UNEC modeli”ni formalaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə