Naxçıvan orta məktəblərində 4001 dəst kompüter quraşdırılıb

Naxçıvan orta məktəblərində 4001 dəst kompüter quraşdırılıb

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində bu ilin 1 yanvar tarixinədək 600-dən çox elektron lövhə, 4001 dəst kompüter quraşdırılıb, hər 12 şagird bir dəst kompüterlə təmin olunub. Muxtar respublikanın Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ümumtəhsil məktəblərində istifadədə olan kompüterlərin 87 faizi internetə qoşulub.

Qeyd edək ki, 1995-2016-cı illər ərzində muxtar respublikada, ümumilikdə, 20 uşaq bağçası, 72 min 864 şagird yerlik 187 ümumtəhsil məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə