Nobel mükafatı laureatı: “Mükafatı almaq üçün elmə sərmayə yatırmaq lazımdır”

Nobel mükafatı laureatı: “Mükafatı almaq üçün elmə sərmayə yatırmaq lazımdır”

"Bütün azərbaycanlı qardaşlarıma salamımı çatdırıram. Hər kəs bilir ki, biz bir millət iki dövlətik. Burada olmaqdan çox xoşbəxtəm". SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Sancar deyib.

"Azərbaycan da bir türk vətənidir. Bütün türklərin Azərbaycana özəl sevgisi var. Əlaqələrimiz çox güclüdür. Ona görə də Azərbaycan elminə öz töhfəmi verməyə çalışacağam. Əgər mümkün olarsa, istedadlı və bacarıqlı tələbə olarsa yanıma gəlib mənimlə işləyə bilər. Bundan başqa, söz verə bilməsəm də Azərbaycana yenidən gəlib sizin elminizə bir töhfə verəcəm".

"Nobel mükafatı almaq üçün elmə sərmayə yatırmaq lazımdır. Aparılan araşdırmaları dəstəkləmək lazımdır. Yalnız bu şəkildə savadlı elm adamı hazırlamaq olar", - Əziz Sancar fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə