Etika Akademiyası məktəbəqədər yeni tədris metodu təqdim edir . Akademiyadan SİA-ya verilən məlumata görə, 5-7 yaş həddində uşaqlar məktəbə, liseylərə hazırlaşmaq üçün tamamilə yeni ve 100 % effektiv üsulla tanış olacaqlar. Peşəkar, xaricdə təhsil almış məşqçilərlə onlar ana dili, məntiq, riyaziyyat, təbiət elmlərini əyləncəli virtual realliq görüntülərilə öyrənəcklər. Ənənəvi tədrislə metodundan fərqli olaraq bu cur tədris daha sürətlə və yaxşı yadda qalır. Standart fənlərlə yanaşı Etika Akademiyası bu proqrama ingilis dili, etiket və aşpazlıq fənlərin də əlavə edib . Yəni həftənin 4 günü bizim mərkəzdə övladlarınız sürətlə ən çətin aşılanan mövzuları xüsusi yüksək effektiv və rəngarəngli görüntülərlə tədris alacaqlar. İngiltərənin 50 dən artıq məktəbi artıq bu sistemlə çətin fənləri şagirdlərə daha asan öyrədə bilirlər. Etika Akademiyası Virtual və Argumental Reallıqları ən yüksək səviyyədə yarada bilən London və Türkiyə şirkəti ilə əməkdaşlıq edərək AR Təhsil Nazirliyinin təsdiqlədiyi tədris metodu ilə virtual görüntüləri hazırlamışdır. Məsələn, əgər heyvanlar aləmindən danışırıqsa, şagirdlər məlumat aldıqdan sonra gözlükləri taxaraq filləri, atları , delfinləri reallıq qədər görəcəklər . Planetləri , Ayı astranavtlar qədər rahatlıqla gəzərək öyrənirlər. Məlumatı vizuallaşdıranda onu unutmaq mümkün deyil, yaratdığı emosiyalar və həqiqət yaddaşlara həmişəlik həkk olunur. Tədrsi fevral ayının 5 dən etibarən başlayır. Qeydiyyat artıq gedir. Sinfimizdə cəmi 6 -10 nəfər olur. Yerlərimizi həqiqətən də məhduddur. Cəmi 4 növbə və 40 şagird əhatə edə bilirik. Elanlarımız Cinema Plus kinoteatrlarında gedir. Əlavə olaraq isə məlumatı Etika Akademiyasının sosial şəbəklərindən ala bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB